Neftçi legionerlərindən biri ilə yollarını ayırdı
"Neftçi" müdafiəçi Dario Melnyakla yollarını ayırıb. Bir müddət əvvəl baş məşqçi Elxan Abdullayev tərəfindən əvəzedici heyətə göndərilən xorvatiyalı futbolçu bu qərardan sonra komandadan ayrılmağa qərar verib.

Klub rəhbərliyi ilə futbolçu arasındakı danışıqların nəticəsində müqaviləyə xitam verilib. Bunu saytımıza açıqlamasında klubun idman direktoru Orxan Hüseynzadə də təsdiqləyib:

"Melnyakla ikitərəfli razılıq əsasında müqaviləyə xitam verdik. Onu artıq komandada görmürdük. Darionun bizdə icarə əsasında çıxış etdiyini nəzərə alsaq, o, yenidən Belçika "Lokeren"inə geri dönəcək. Çünki müqavilə ilə bu kluba məxsusdur".

Xəbər 644 dəfə oxundu.