Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlinə başçılıq edirlər.

Sonuncu Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) ikinci yeri tutur. Əbu-Dabi “Böyük Dəbilqə” turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini daha da yaxşılaşdıraraq, yeddinci sıraya yüksəlib.

Digər cüdoçularımızdan Nicat Şıxəlizadə 7-ci, İlqar Müşkiyev 13-cü, Məmmədəli Mehdiyev və Uşanqi Kokauri 20-ci yerdə qərarlaşıblar.

Xəbər 761 dəfə oxundu.