Filipp Lam karyerasını bitirmək barədə düşünür
“Bavariya”nın kapitanı Filipp Lam gözlənilməz açıqlama verib. Futbolçu karyerasını artıq bitirmək barədə düşünür.

33 yaşlı sağ cinah müdafiəçisi cari mövsümün sonunda futboldan gedə biləcəyini istisna etməyib: “Bir il öncə bu barədə demişdim və hələ ki, fikrimi dəyişməmişəm. Yekun qərarım isə komandanın çıxışından və öz sağlamlığımdan asılı olacaq. “Bavariya” ilə müqavilə müddətim 2018-ci ilə qədərdi. Bu üzdən hadisələri qabaqlamaq istəmirəm”.


Xəbər 758 dəfə oxundu.