Maykl Onil hücum xəttini gücləndirmək qərarına gəlib
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizi qəbul edəcək Şimali İrlandiya yığması heyətində dəyişiklik edib.

Zədəli olan yarımmüdafiəçi Styuart Dallas və hücumçu Ceymi Uordu komandadan kənarlaşdırmaq məcburiyyətində qalan baş məşqçi Maykl Onil əvəzində bir oyunçuya dəvət göndərib. Belə ki, “Ross Kaunti”nin hücumçusu Liam Boys Belfasta gedərək, yığmaya qoşulub.

Qeyd edək ki, 25 yaşlı gənc idmançı indiyə qədər 7 oyunda iştirak edib və aktivinə hələ qol yazdırmayıb.

Xəbər 826 dəfə oxundu.