Dario Melnyak Belçikanın "Lokeren” klubuna qayıtdı
"Neftçi” xorvatiyalı futbolçu Dario Melnyak ilə icarə müqaviləsinə xitam verib.
Bu hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

Müdafiəçi Belçikanın "Lokeren” klubuna qayıdıb.

Qeyd edək ki, Melnyak bir müddət öncə Krşevan Santini, Vançe Şikov, Jayro Rodriges və Denilson Pereyra ilə birlikdə əvəzedici heyətə göndərilmişdi.

Xəbər 806 dəfə oxundu.