“Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçiriləcək
Noyabrın 15-də Bulvar Oteldə “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçiriləcək.

UEFA-nın rəhbərliyi altında keçirilərək seminar Bakıda 2020-ci ildə UEFA Avropa çempionatının final mərhələsinin (Avro-2020) 4 oyunun keçirilməsinə hazırlıq məqsədi daşıyır.

Eyni zamanda, Klubların Lisenziyalaşdırılması qaydalarının tələblərinə əsasən, klublarda ixtisaslı təhlükəsizlik xidmətinin rəisi və azarkeşlərlə əlaqələndirici şəxslər çalışmalıdı və bu seminar qeyd olunan əməkdaşların maarifləndirilməsinə yönləndiriləcək.

Xəbər 741 dəfə oxundu.