Qaxda futbol turniri başa çatdı
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Qax şəhərində keçirilən bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyi Qax bələdiyyəsi-II komandasının qələbəsi ilə başa çatıb.

Rayon Gənclər və İdman İdarəsinin və Qax Bələdiyyə Şurasının birgə təşkilatçılığı ilə oktyabrın əvvəlində start verilən birincilikdə 12 komanda mübarizə aparıb.

Turnirin noyabrın 9-da şəhər stadionunda keçirilən final oyununda Qax bələdiyyəsi-II komandası Lələpaşa kənd komandasına 2:0 hesabı ilə qalib gəlib. Üçüncü yer uğrunda qarşılaşmada Qax bələdiyyəsi-1 komandası Tasmalı kənd bələdiyyəsinin komandasını eyni hesabla ilə məğlub edib.

Yarışın qalibləri kubok, diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 848 dəfə oxundu.