Kəpəz məşqləri bərpa etdi
Topaz Premyer Liqasının 11-ci turunun oyunundan sonra 3 günlük istirahətə buraxılan “Kəpəz”in əsas komandasının üzvləri bu gün məşqləri bərpa edib. “Sarı-göylər” bu gün də daxil olmaqla noybarın 12-nə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edəcək. Gəncə klubunun məşqləri hər gün saat 11:00-da başlayacaq.

Milli komandanın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə üz-üzə gələcəyi oyun səbəbindən çempionatda yaranmış fasilə müddətində “Kəpəz” də yoxlama matçı keçirəcək. Nizami yurdunun təmsilçisinin artıq rəqibi də müəyyənləşib. Komandamız Bakıda təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşacaq. Sözügedən oyun noyabrın 12-də keçiriləcək.

Qeyd edək ki, çempionatın 12-ci turunda "Kəpəz" səfərdə “Qarabağ”la qarşılaşacaq. Bu oyun noyabrın 19-da keçiriləcək.

Xəbər 809 dəfə oxundu.