Vüqar Əsgərov Latviyada mövsümün ən yaxşıları sırasında
Futbol üzrə Latviya birinci liqasında mövsümün simvolik komandası müəyyənləşib. Latviya Futbol Federasiyasının rəsmi saytının açıqladığı rəmzi 11-likdə azərbaycanlı futbolçu Vüqar Əsgərov da yer alıb.

"Olayne/Super Nova" klubunun forvardı buna mövsüm ərzində vurduğu 40 qolla nail olub. Onun komanda yoldaşı olan digər həmyerlimiz Orxan Həsənəliyev isə 10 qol vursa da, simvolik heyətə düşə bilməyib.

Xəbər 744 dəfə oxundu.