Kəpəz Azərbaycan yığması ilə qarşılaşacaq
"Kəpəz" Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Sumqayıt"a qarşı oyundan sonra istirahətə buraxılsa da, bu gündən etibarən bir araya gələcək. Baş məşqçi Şahin Diniyev milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək yetirmələrini yoxlama oyununda sınamaq qərarına gəlib.

Belə ki, Gəncə təmsilçisi noyabrın 12-də gənclərdən ibarət yığmamızla üz-üzə gəlməyi planlaşdırır.

Xəbər 681 dəfə oxundu.