IV İslam Həmrəylik Oyunlarında 49 ölkə iştirakını təsdiqləyib
IV İslam Həmrəylik Oyunlarında 49 ölkə iştirakını təsdiqləyib. Lakin iştirakçı ölkələrin sayının artacağı gözlənilir.

Bu sözləri Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəylik Oyunları ilə əlaqədar noyabrın 8-də keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, yarışlar paytaxtın 16 idman qurğusunda keçiriləcək. Mötəbər yarışa 3-3,5 min idmançının qatılacağı gözlənilir. Hazırlıqlar plana uyğun olaraq davam edir. Hazırda yarış cədvəli hazırlanır. İdmançıların sayı ilin sonunadək dəqiq məlum olacaq.

Xəbər 994 dəfə oxundu.