Yığmamız bu gün Belfasta yola düşür
DÇ-2018-in seçmə mərhələsində noyabrın 11-də, Belfast şəhərindəki "Uindzor Park" stadionunda Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan yığması bu gün Belfasta yollanacaq. Millimizin məşqçilər korpusu oyundan bir neçə gün öncə Şimali İrlandiyaya yollanmaqla yerli şəraitə daha yaxşı uyğunlaşmağı hədəfləyirlər.

Bakı - Belfast çarter reysi bu gün saat 15:00-da başlayacaq. Baş məşqçi Robert Prosineçki Şimali İrlandiyaya milliyə öncədən dəvət etdiyi 25 futbolçu ilə yollanacaq.

Xəbər 706 dəfə oxundu.