Şimali İrlandiya-Azərbaycan oyununu fransalı hakimlər briqadası idarə edəcək
2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Azərbaycan futbol yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

UEFA qarşılaşmanı Fransadan olan hakimlər briqadasına həvalə edib. Matçın baş hakimi Kleman Turpen olacaq. Ona həmyerliləri Nikolas Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək.

Qeyd edək ki, Şimali İrlandiya-Azərbaycan oyunu noyabrın 11-də Belfastdakı "Uindzor Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək

Xəbər 938 dəfə oxundu.