Lionel Messi vurduğu qolların sayını 500-ə çatdırıb
Futbol üzrə İspaniya La Liqasının 11-ci turu çərçivəsində keçirilən “Sevilya-Barselona” qarşılaşması Lionel Messi üçün əlamətdar olub.

Katalonların argentinalı hücumçusunun görüşün 43-cü dəqiqəsində vurduğu qol onun bu komandanın heyətində 500-cü qolu kimi tarixə düşüb. L.Messi bu uğura 545 rəsmi oyunda 469, 47 yoldaşlıq görüşündə isə 31 qol vurmaqla nail olub.

Xatırladaq ki, matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 743 dəfə oxundu.