Millimizin təlim-məşq toplanışına 27 futbolçu cəlb olunub
Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.

Noyabrın 16-da başa çatacaq toplanışa Fəhmin Muradbəyli, Kamran İbrahimov (hər ikisi “Neftçi”), İlyas Səfərzadə, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Roman Hüseynov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Süleyman Süleymanov, Murad Popov, Qismət Alıyev (hamısı “Qəbələ”), Şəfi Bağırov, Əli Nuri (hər iksi “Kəpəz”), Kazim Birkan, Rəsul Babazadə, Təyyar Məmmədov, Fərid Əsədov (hamısı “Səbail”), Elnur Süleymanov (AZAL), Oleq Hüseynov, Taşkın Sertan (hər ikisi “İnter”), Yusif Nəbiyev, Xəyal Nəcəfov (hər ikisi “Sumqayıt”), Murad Xaçayev (“Şaxtyor”, Ukrayna), Vadim Ağarəhimov (“Zenit”, Rusiya), Yusup Hakimov (“Kırkpinarspor”, Türkiyə), Rinat Hüseynov (“Amkar”, Rusiya), Tolqa Sahin (“Teutonia”, Almaniya) və Elnur Cəfərov (“NK Dugopolje”, Xorvatiya) dəvət olunublar.

Xəbər 726 dəfə oxundu.