“Qəbələ”dən qolsuz heç-heçə
AZAL – “Qəbələ” – 0:0

6 noyabr 2016. Saat 14:00. “AZAL Arena”, 200 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Rahil Ramazanov
Dördüncü hakim: Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov

Sarı vərəqələr: Kamal Mirzəyev, 11 (qeyri-idman hərəkəti); Nuqzar Kvrtiya, 84 (oyunun bərpasını ləngitdiyinə görə); Ruslan Nəsirli, 85 (qeyri-idman hərəkəti); Aqil Məmmədov, 90 (oyunun bərpasını ləngitdiyinə görə); Adan Koronado, 90+5 (qeyri-idman hərəkəti) // Ruslan Qurbanov, 52 (hakim qərarına etiraz); Elvin Camalov, 54 (qeyri-idman hərəkəti)

Qollar: yoxdur
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 5 dəq.

Bu gün Topaz Premyer Liqasında XI turun növbəti oyunları keçirilir. Günün ilk matçı “AZAL Arena”da baş tutub. Çempionatın lideri “Qəbələ” səfərdə AZAL-la qarşılaşıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk ötən turun “Neftçi”yə qarşı görüşü ilə müqayisədə start heyətində iki dəyişiklik edib. Rəşad Sadiqov və Sergey Zenyov “11-lik”dən kənar qalıbsa, Teo Uikslə Ruslan Qurbanov autsayderlə qarşılaşmada ilk dəqiqələrdən meydanda olublar.

Görüş “Qəbələ”nin hücumları ilə başlayıb. Artıq matçın 2-ci dəqiqəsində komandamız erkən qol vurmağa yaxın olub. Filip Ozobiçin cərimə zərbəsindən sonra meydan sahiblərini qapı dirəyi qoldan xilas edib. Üstünlüyə yiyələnən “qırmızı-qaralar” az keçməmiş daha bir təhlükəli epizod yaradıb. Cərimə meydanına daxil olan Qurbanovun iti bucaq altında zərbəsini qapıçı dəf edib. Bundan sonra da hücumlarını davam etdirən “Qəbələ” böyük qüvvə ilə müdafiəyə çəkilən AZAL-ın cərimə meydanı önündə qurduğu səddi yarmaqda çətinlik çəkib. Meydan sahibləri isə daha çox nadir əks-hücumlara ümid edib. Qarşılaşmanın əvvəli Roman Qriqorçukun texniki zonadan kənarlaşdırılması ilə diqqət çəkib. O, UEFA Avropa Liqasının “Sent Etyen”lə üç gün öncə keçirilən matçında olduğu kimi yenə qarşılaşmanı tribunadan izləməli olub. “Qırmızı-qaralar” cərimə meydanına yaxınlaşmağın çətinliyi gördüyündən uzaq zərbələrlə fərqlənməyə cəhd edib. Elvin Camalovun zərbəsini qapıçı dəf edibsə, Rikardinyo uzaq “doqquzluğ”a düşməyib. Müdafiəçilərin sayıqlığı itirdiyi anda Asif Məmmədovun əldə etdiyi imkan zamanı isə yarımmüdafiəçiyə dəqiqlik çatmayıb. Fasilə ərəfəsində Ozobiçin qapı önünə ünvanlandığı təhlükəli ötürməni isə müdafiəçilər uzaqlaşdırıb.

İkinci yarı da eyni ssenari ilə davam edib. Rəqib qapısına ardıcıl hücumlar təşkil edən “qırmızı-qaralar” hissənin əvvəlində əlverişli qol imkanı qazanıb. Lakin künc zərbəsindən sonra qapıçı meydanının küncündən çərçivəni nişan alan Rəşad Eyubov dəqiq olmayıb. Ardınca Teo Uiks və Ozobiçin zərbələrinin qarşısını rəqib qapıçı alıb. Oyunçu dəyişiklikləri ilə hücum xəttinə əlavə güc qatan komandamız meydan sahiblərinin müdafiə xəttinə təzyiqi daha da artırıb. Amma paytaxt təmsilçisi etibarlı oyunu ilə diqqət çəkib. Ozobiçin daha bir təhlükəli zərbəsi dirəyin yanından ötüb. Bakılılar isə əks-hücumlar qurmağa cəhd etsələr də, Dmitri Bezotosnının qapısı önündə gərginlik yarada bilməyiblər. Matçın son dəqiqələrində Uiksin yaxın məsafədən zərbəsi də təhlükəli alınıb. Lakin liberiyalı futbolçu çərçivəni dəqiq nişan almayıb.

Beləliklə, “Qəbələ” AZAL-la səfər oyunundan qolsuz heç-heçə ilə dönərək xal hesabını 25-ə çatdırıb.

AZAL

23. Aqil Məmmədov
5. Kamil Hüseynov
24. Emin Cəfərquliyev (k)
15. Brayn Fok
7. Kamal Mirzəyev
14. İlqar Ələkbərov
77. Adan Koronado
10. Nuqzar Kvirtiya
17. Rəşad Abdullayev
(11.Ruslan Nəsirli, 46)
4. Qvanzav Maqomedov
(18. Ruslan Əmircanov, 74)
9. Röyal Nəcəfov
(21. David Canelidze, 68)

Ehtiyat oyunçular:

1. Rəşad Əzizli
12. Mahsun Qənbərli
36. Renat Aşurov
95. Şirməmməd Məmmədov


Baş məşqçi: Tərlan Əhmədov


“Qəbələ”

22. Dmitri Bezotosnı (k)
3. Voislav Stankoviç
4. Elvin Camalov
10. Ruslan Qurbanov
11. Asif Məmmədov
(14. Cavid Hüseynov, 56)
15. Vitali Vernidub
19. Filip Ozobiç
20. Rikardinyo
27. Teo Uiks
32. Rəşad Eyubov
(17. Məhəmməd Mirzəbəyov, 66)
34. Urfan Abbasov
(6. Rəşad Sadiqov, 80)


Ehtiyat oyunçular:

33. David Pietrzikeviç
7. Nika Kvekveskiri
13. Murad Musayev
21. Roman Hüseynov


Baş məşqçi: Roman Qriqorçuk

Xəbər 712 dəfə oxundu.