Roman Qriqorçuk: “Bu imkanları qola çevirməyə borclu idik”
Topaz Premyer Liqasının XI turunun AZAL – “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Yaxşı hesab və nəticə olması üçün qol vurmaq lazımdır. Bu gün biz bir sıra qol epizodlarından yararlana bilmədik. Həmin imkanları qola çevirməyə borclu idik. İmkanlardan istifadə bizi çətin vəziyyətdə qoydu. Texniki zonadan kənarlaşdırıldığım vaxt rəqib baş məşqçi ilə aramızda heç nə olmadı. Narazı qaldığım məqam göz qabağında idi. Dördüncü hakimin baş verənləri referiyə deməməsindən narazı qalmışdım. Baş hakim görməyə də bilər, amma dördüncü referi ona deməli idi. Çünki o epizoda məndən də yaxında, 1 metr məsafədə idi. Rəqib futbolçu yerdə qalan oyunçumuzun ayağına vurdu. Bu, həm futbol üçün yaxşı olmayan haldır, həm insan normalarına sığmır. Məni 100 dəfə kənarlaşdırsalar da, yenə haqlıyam. Bu hərəkət qırmızı vərəqə və 5 oyunluq cəza olmalıdır. 15-ci dəqiqədən sonra biz çoxluqda oynamalı idik. Video görüntüdə əksini tapıbsa, bunu sonadək araşdırmaq lazımdır. Həmin futbolçu cəzalanmalıdır. Baş verənlərin təsadüf, yoxsa ötən mövsümün ssenarisinin təkrarı olduğunu bilmirəm, amma bunu özümə də sual verirəm”.

Xəbər 817 dəfə oxundu.