Elxan Abdullayev: "Bu 3 xal bizə hava-su kimi lazım idi"
"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XI turunun "İnter” klubu ilə oyunundan sonra fikirlərini bildirib:

"Oyun çox gərgin keçdi. Bu 3 xal bizə hava-su kimi lazım idi. Futbolçuların oyunundan razı qaldım, onları təbrik edirəm. Bu gün yerli oyunçulara üstünlük vermişdik, onlar da özlərini doğrultdular. Uşaqlarda özünəinam yaranıb, bu, futbolda çox önəmlidir. Biz düz istiqamət seçmişik”.

Xəbər 997 dəfə oxundu.