Azərbaycan Cüdo Federasiyası Peter Zayzenbaherlə əməkdaşlıqda maraqlıdır
Azərbaycan Cüdo Federasiyası (AJF) avstriyalı mütəxəssis Peter Zayzenbaherlə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

AJF-nin baş katibi Elmar Babanlı məşqçi ilə kontraktın Olimpiya dövrünün sonuna qədər imzalandığını və həmin müddətin başa çatdığını qeyd edib.

O deyib: “2016-cı ilin Olimpiya Oyunları komandaya Rüstəm Orucov (73 kiloqram) və Elmar Qasımov (100 kiloqram) tərəfindən qazanılan iki gümüş medal gətirib. Biz həmin nəticələrdən çıxış edərək, P.Zayzenbaherlə əməkdaşlığı davam etmək istəyirik. Amma bəzi məqamları tənzimləmək lazımdır ki, məsələyə tam aydınlıq gətirilmiş olsun”.

Xəbər 851 dəfə oxundu.