Ağdamın “Qarabağ” klubu UEFA-nın reytinqində ilk yüzlüyə daxil olub
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin IV turunda Yunanıstanın “PAOK” klubunu 1:0 hesabı ilə məğlub edən Ağdamın “Qarabağ” komandasının UEFA-nın reytinq cədvəlində mövqeyi dəyişib.

Komandamız 13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb.

“Qarabağ” bununla da ilk yüzlükdə qərarlaşan birinci Azərbaycan klubu olub.

Xəbər 771 dəfə oxundu.