“Neftçi İdman Klubu”nun döyüşçüləri açıq Bakı kubokunda uğurla çıxış ediblər
Hövsan Olimpiya İdman Kompleksində qarışıq döyüş növləri (MMA) üzrə açıq Bakı kubokuna yekun vurulub.

Turnirdə 20 komandanın tərkibində 200-ə yaxın idmançı yarışıb.

"Neftçi İdman Klubu”nun yetirmələri də paytaxt yarışının kuboku uğrunda mübarizə aparıblar.

Klubun yetirmələri 4 qızıl, 3 gümüş və 8 bürünc medala sahib çıxıblar. Onlardan Teymur Məmmədov (42 kq), Məhəmmədəli Hüseynov (66 kq), Yolqulu Məmmədov (77 kq) və Əli Əlizadə (100 kq) bütün döyüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 547 dəfə oxundu.