“Neftçi İdman Klubu”nun kikboksçuları Avropa çempionatında dörd medal qazanıblar
Sloveniyanın Maribor şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı başa çatıb.

“Neftçi İdman Klubu”nun milli komandanın heyətində təmsil olunan kikboksçularından Anar Əhmədov (51 kq, K-1 kontakt) və Çingiz Əhmədzadə (51 kq, lou-kontakt) yalnız final döyüşündə məğlub olaraq qitə çempionatının gümüş medalı ilə kifayətləniblər.

Elşad Ələsgərov (54 kq, K-1 kontakt) isə bürünc medala sahib olub.
Veteranlar arasında təşkil olunan yarışda isə Sadıq Bağırov üçüncü yeri tutub.


Xəbər 898 dəfə oxundu.