Şahin Diniyev: Bunlar bizi sevindirmir
Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” - “Sumqayıt” oyunu öncəsi Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klub saytına qarşıdakı matçla bağlı fikirlərini bölüşüb. O, bunları söyləyib:

“İtkilərlə bağlı məsələ artıq arxada qalıb. Bunu düşünsək, gərək sabah oyuna çıxmayaq. Heyətdə olan futbolçulardan maksimum şəkildə istifadə etməyə çalışacağıq. Gəncə azarkeşlərini sevindirmək istəyirik, ona görə də itkiləri düşünmürük. Digərləri onları əvəzetməyə çalışacaqlar. Bizim üçün ən çətin oyunlardan biri olacaq. Əsas heyətdən futbolçuların olmaması və komandanın turnir cədvəlindəki vəziyyəti bizi sevindirmir. Qazanılacaq qələbə bizi 4-cü pilləyə yüksəldə bilər və bununla da uğurlu başlanğıcın əsasını qoya bilərik”.

Xəbər 627 dəfə oxundu.