Qarabağ Avropanın 100 ən güclü klubu sırasında
UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb. Ötən gecə Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Yunanıstan PAOK-u üzərində qələbə "Qarabağ"ın 12 pillə irəliləyərək ən güclü 100 klub sırasına düşməsinə kömək edib.

Belə ki, Ağdam klubu hazırda 18,050 xalla 99-cu pillədə qərarlaşıb.

"Qarabağ"ın rəqiblərinə gəlincə, "Fiorentina" (İtaliya) 63,199 xalla 24-cü sıradadır. PAOK 29,680 xalla 61-cidir. Çexiya "Slovan"ı isə 23,855 xalla 83-cü pillədə qərarlaşıb.

Ötən gecə Bakıda Fransa "Sent-Etyen"inə məğlub olmasına baxmayaraq, "Qəbələ" bir pillə irəliləyib. Komandamız 7,800 xalla 181-ci sıradadır.

"Qəbələ"nin rəqiblərinin mövqeyi isə belədir: "Anderlext" (Belçika) - 36 (47,240), "Sent-Etyen" – 57 (31,366), "Maynts" (Almaniya) - 96 (19,471)

Xəbər 768 dəfə oxundu.