Neftçi – İnter oyununun biletləri satışda
Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək "Neftçi” – "İnter” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, noyabrın 5-də "Bakcell Arena”da keçiriləcək oyun saat 17:00-da başlanacaq.

Xəbər 740 dəfə oxundu.