Azərbaycan kikboksçusu beynəlxalq turnirdə ermənistanlı idmançı ilə qarşılaşacaq
Azərbaycanın peşəkar kikboksçusu, yığma komandanın üzvü Xəyal Əhmədov noyabrın 5-də növbəti dəfə rinqə çıxacaq.

Idmançımız Almaniyanın Vuppertal şəhərində “A1WCC” versiyası üzrə təşkil olunan növbəti beynəlxalq turnirdə iştirak edəcək. Xəyal Əhmədovun rəqibi ermənistanlı Cioran Apuyepyan olacaq.

“A1 World Combat Cup” tərəfindən təşkil olunan yarış dünyada “Səkkizlik” adı ilə məşhurdur.
Xəyal Əhmədov bu il mayın 28-də Hollandiyanın Eyndhoven şəhərində “K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polşalı idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.


Xəbər 1424 dəfə oxundu.