"Qarabağ" PAOK səfərində
Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

"Qarabağ" səfərdə PAOK-un qonağı olacaq. Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) komandamız bunu Salonikidə də etməyə çalışacaq. “Qarabağ” heç-heçə sayəsində də qrupdakı vəziyətini yaxşılaşdıra bilər.

Komandamız səfərdə qazanılan bir xal sayəsində də PAOK-u qabaqlayaraq ikinci pilləyə yüksələ bilər.

Qrupun digər oyununda “Fiorentina” “Slovan”ı qəbul edəcək.


3 noyabr

Avropa Liqası, IV tur

J qrupu

00:05. PAOK (Yunanıstan) – “Qarabağ”
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater
Saloniki. “Tumba” stadionu

Xəbər 789 dəfə oxundu.