Adil Əliyev dünya çempionu oldu
Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatında iştirakı və nəticəsi barədə danışıb.

Adil Əliyev bildirib ki, bu yarışa nəticədən daha çox prinsipiallıq mövqeyini qoruyub saxlamaq üçün qatılıb. "Sadəcə mübarizliyi, çəkini saxlamaq üçün bu yarış vacib idi", - deyə deputat bildirib.

Millət vəkili yarışın təşkilatçılığından narazılıq edib və özünün rinqə çıxmasından danışıb:

"Yarışın təşkilatçılıq səviyyəsi bizim əməkdaşlıq etdiyimiz VAKO versiyasından çox aşağı idi. İlk yarış bu olduğu üçün yarışa qatılmaq qərarına gəldim. Orada bir rəqibim oldu. Rumuniyalı rəqibimə qalib gələrək dünya çempionu oldum. Bundan sonrakı yarışlara hazırlaşacam".

Xəbər 1641 dəfə oxundu.