AFFA-nın baş katibi UEFA-nın tədbirində
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol qurumunun FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası keçirilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, adıçəkilən komitənin sədrinin 2-ci müavini Elxan Məmmədov iclasda iştirak edib.

Xəbər 905 dəfə oxundu.