UEFA “Qarabağ” klubu haqda süjet hazırlayıb
UEFA Ağdamın “Qarabağ” futbol klubu haqda süjet hazırlayıb.

UEFA-nın əməkdaşları Ağdam klubunun futbolçuları Qara Qarayev və Maksim Medvedev ilə görüşüb, Tofiq Bəhramov adına Respublika stadionunda olublar.

Qara Qarayev qonaqlarla görüşündə “Qarabağ”da oynamağından qürur duyduğunu deyib: “Mən 1992-ci ildə Füzuli rayonunda anadan olmuşam. Bizim kəndimiz düşmən tərəfindən işğal olunduqdan sonra Bakıya gəldik. Həmin vaxt mənim bir yaşım var idi. Biz torpaqlarımızı itirdik. İndi fəxr edirəm ki, “Qarabağ”da forma geyinirəm. “Qarabağ”ın bir hissəsi olduğum üçün çox xoşbəxtəm”.

Qara Qarayev UEFA Avropa Liqasının qrup mərhələsindəki çıxışlarından da danışıb.

Maksim Medvedev də avroliqadakı mübarizəsindən söhbət açıb: “Fiorentina”ya 1:5 hesabı ilə uduzanda çox məyus olmuşduq. Ancaq uşaqlar özlərini ələ almağı bacardılar. Baş məşqçimizin düzgün göstərişləri nəticəsində oyunumuzu düzəltdik. PAOK ilə yaxşı oynadıq. Rəqibi düzgün qiymətləndirdik və qələbə qazandıq. “Qarabağ” qəlbimin bir parçasıdır. Bu klub mənə addım atmaqda və düzgün insan kimi yetişməkdə kömək edib”.

Xəbər 636 dəfə oxundu.