İntizam Komitəsinin qərarları
30 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının X turunun “Zirə” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).

Oyunun 70-ci dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).

30 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının X turunun “İnter” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olmuş və oyunda fasilə yaranmasına səbəb olmuşdur. “İnter” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub (maddə 50).

27 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Bakılı” – “Mil-Muğan” matçında “Bakılı” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).

Oyunun 80-cı dəqiqəsində “Mil-Muğan” klubunun 11 №-li futbolçusu Samir Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub (maddə 37.1).

Oyunun 87-ci dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Tofiq Mikayılov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub (maddə 48).

27 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Şərurspor” – “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).

28 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Şəmkir” – MOİK matçının 37-ci dəqiqəsində MOİK klubunun 88 №-li futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub (maddə 48).

26 oktyabr 2016-cı il U-19 Liqasında “Neftçi” İK İB – AZAL matçı başa çatdıqdan sonra AZAL klubunun 28 №-li futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb (maddə 42.3).

27 oktyabr 2016-cı il U-16 Liqasında “Vətən” RİOEUG – “Qarabağ” matçının 29-cu dəqiqəsində “Vətən” RİOEUG klubunun 9 №-li futbolçusu Bayram Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 38.1).

27 oktyabr 2016-cı il U-16 Liqasında “Sumqayıt” – “Qəbələ” matçının 77-ci dəqiqəsində “Qəbələ” klubunun 15 №-li futbolçusu Mahir Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

30 oktyabr 2016-cı il U-14 Liqasında “Xudat” (Xudat) – UGİM (Şabran) matçının 47-ci dəqiqəsində UGİM klubunun 17 №-li futbolçusu Əli Məmmədov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 38.3).

30 oktyabr 2016-cı il U-14 Liqasında UGUR Gİİ (Ucar) – “Məhsul” (Zərdab) matçının 22-ci dəqiqəsində UGUR Gİİ klubunun 18 №-li futbolçusu Amin Abdurrəhmanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

23 oktyabr 2016-cı U-14 Liqasında UGİM (Qazax) – “Ağstafa Gəncləri” (Ağstafa) matçının 58-ci dəqiqəsində “Ağstafa Gəncləri” klubunun 9 №-li futbolçusu Nilgün Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 37.1).

29 oktyabr 2016-cı il Coca-Cola U-13 Liqasında UGİM (Göyçay) – Kürdəmir Çöhranlı (Kürdəmir) matçının 42-ci dəqiqəsində UGİM klubunun 10 №-li futbolçusu Samir Məmmədov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 38.3).

29 oktyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Yeni Günəşli” – “Qarabağ” matçının 30-cu dəqiqəsində “Yeni Günəşli” klubunun 14 №-li futbolçusu Aleksandr Şarkon sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

30 oktyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Obolon” – “Cihar-Cəbrayıl” matçının 50-ci dəqiqəsində “Obolon” klubunun 8 №-li futbolçusu Telman Kərimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

30 oktyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Bayker” – “İtaldizain” matçının 38-ci dəqiqəsində “İtaldizain” klubunun 23 №-li futbolçusu Eşqin Tağıyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

Oyun başa çatdıqdan sonra “İtaldizain” klubunun 13 №-li futbolçusu Həsən Camalzadə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb (maddə 42.3).

30 oktyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fire” – “Avanqard” matçının 42-ci dəqiqəsində “Bakufire” klubunun 10 №-li futbolçusu Elşən Zərbəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

Xəbər 722 dəfə oxundu.