Kəpəz bu gün məşqləri bərpa edəcək
Topaz Premyer Liqasının 10-cu turunda “Zirə” ilə oyundan sonra bir gün istirahət edən “Kəpəz”in üzvləri bu gün məşqlərə start verəcək. Komanda noyabrın 5-də doğma meydanda qəbul edəcəyi “Sumqayıt”la görüşə Bakıda hazırlaşacaq.

“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edəcək. “Kəpəz” noyabrın 3-nə kimi hər gün saat 15:00-da bu məkanda çalışmalara çıxacaq.

Xəbər 709 dəfə oxundu.