Voleybol üzrə Azərbaycan çempionatının təqvimi açıqlanıb
Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan Superliqasının təqvimi açıqlanıb.

Mübarizəyə ilk olaraq, noyabrın 3-də kişi voleybolçular başlayacaqlar. İlk turda “Nəqliyyatçı” komandası “Lokomotiv” ilə, “Naxçıvan” kollektivi “Sumqayıt” ilə, “Neftçi” isə MOİK ilə qarşılaşacaq.

Açılış mərasimi həmin gün saat 16:00-da başlayacaq.

Qadınlardan ibarət komandaların yarışına isə noyabrın 8-də start veriləcək. Azarkeşlər ilk turda “Telekom”-“Azəryol”, “Azərreyl”-“Lokomotiv” oyunlarını izləyə biləcəklər.

Superliqanın bu mövsümündə yenilik olacaq. Belə ki, çempionatda Gürcüstan təmsilçisi də çıxış edəcək.

Xəbər 838 dəfə oxundu.