Şvaynştayger karyerasını İtaliyada davam etdirə bilər
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bastian Şvaynştayger karyerasını İtaliyada davam etdirə bilər. Almaniyalı futbolçu “Milan”ın maraq dairəsindədi.

Şvaynştayger yenidən “qırmızı şeytanlar”ın əsas komandası ilə məşqlərə qoşulmasına baxmayaraq, baş məşqçi Joze Mourinyo ondan yararlanmaq fikrində deyil. Bundan istifadə etmək istəyən “rossonyerlər” qış fasiləsində Şvaynştaygeri heyətinə cəlb etməkdə maraqlıdı.

Xəbər 619 dəfə oxundu.