Silvio Qaççaniqa dünyasını dəyişib | |
Dünya çempionatının kubokunu hazırlamış Silvio Qaççaniqa dünyasını dəyişib. İtaliyalı dizayner 95 yaşında vəfat edib. Qaççaniqanın oğlunun sözlərinə görə, atası yuxuda olarkən həyatla vidalaşıb. Qaççaniqa dünya kubokunu 1971-ci ildə layihələndirib. Həmin mükafatın ilk qalibi adını DÇ-1974-ün finalında Hollandiyanı 2:1 hesabı ilə məğlub edən Almaniya yığması qazanıb. Qeyd edək ki, Qaççaniqa, həmçinin UEFA Kuboku və UEFA Superkubokunun da dizayneri olub. |
|
Xəbər 761 dəfə oxundu. |
|
|