“İdman” qəzetinin Rio-2016-ya həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb
“Azərbaycan idmançıları XXXI Yay Olimpiya Oyunlarında” jurnalı çapdan çıxıb.

“İdman” qəzetinin Azərbaycan idmançılarının avqust ayında Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarında çıxışlarına həsr edilmiş xüsusi buraxılışı çıxıb. “Azərbaycan idmançıları XXXI Yay Olimpiya Oyunlarında” adlanan jurnal Azərbaycan və İngilis dillərində hazırlanıb.

Nəfis tərtibatda, tam rəngli, 116 səhifədən ibarət jurnalda Azərbaycan Respublikası Prezidentinin olimpiya komandamızın üzvləri ilə bağlı təltif və müküfatlandırma sərəncamları, dövlət başçımızın olimpiya komandamızla yarışlardan əvvəl və sonrakı görüşü, Rio Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların göstərdiyi nəticələr əks olunub. Bundan başqa nəşrdə Rio-de-Janeyroda Azərbaycan bayrağının qaldırılması, XXXI Yay Olimpiya Oyunlarının açılışı və bağlanışı, medal qazanan ölkələrin ardıcıllıq siyahısı, medal qazanan idmançılarımızın hər birinin nəticələrinin təhlili də jurnalda geniş işıqlandırılıb. Olimpiya mükafatçısı olan 18 idmançımızın hamısının öz uğurları haqda fikirlərinin də dərc edildiyi jurnalda Azərbaycan Olimpiya Komandasının bir sıra statistik göstəriciləri də infoqrafika şəklində əks olunub.

Xəbər 1120 dəfə oxundu.