Cüdoçularımız Bundesliqa çempionu olublar
Cüdoçular Nicat Şıxəlizadə və Orxan Səfərov Almaniya çempionatının qalibi adına layiq görülüblər.

Hər iki idmançımız “Hamburq” klubunun heyətində keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Bundesliqa çempionu olub.

Qeyd edək ki, Bundesliqa kubokuna sahib olan Səfərov 60 kq, Şıxəlizadə isə 66 kq çəki dərəcəsində mübarizə aparıb.

Xəbər 836 dəfə oxundu.