Millimiz Rumıniya komandasına qalib gəlib
Rumıniyanın Buftea şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.

Qrup oyunlarına ev sahibliyi edən Rumıniya komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Rəqib komandanın qapısına topu Xaqani Sadıqov vurub.

AZƏRTAC

Xəbər 684 dəfə oxundu.