İnter Sumqayıta, Zirə Kəpəzə qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 10-cu tura yekun vurulub. Son oyun günündə də iki görüş baş tutub.

Öncə “Zirə” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

“İnter” isə “Sumqayıt”ı qəbul edib. Bu görüşdə hesabı qonaqlar açsalar da, meydan sahibləri sonda əzmkar qələbəyə seviniblər.

Topaz Premyer Liqası
10-cu tur
30 oktyabr (bazar)

“Zirə” – “Kəpəz” - 2:0 (0:0)
Qollar: C.Tağıyev, 69 (1:0). E.Məmmədov, 82-pen. (2:0).
Qırmızı vərəqə: T.Axundov, 69.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqni, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elvin Məmmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 38. İlkin Muradov, 92. Cavid Tağıyev.
Baş məşqçi: Adil Şükürov.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 77. Serjinyo, 9. Tural Qürbətov, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 23. Tural Nərimanov, 17. Nicat Qurbanov, 80. Tural Rzayev, 21. Novruz Məmmədov, 4. Qaraxan Əliyev, 8. Elcan Rəhimov.
Baş məşqçi: Şahin Diniyev.

“İnter” – “Sumqayıt” - 3:1 (1:1)
Qollar: M.Abbasov, 3 (0:1). Z.Xizanişvili, 21 (1:1). N.Hacıyev, 55 (2:1). N.Hacıyev, 80 (3:1).
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 27. Adrian Skarlatake, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 42. Kamran Abdullazadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 66. Afşin İsmailzadə.
Baş məşqçi: Samir Abasov.

Turun digər oyunları: "Qəbələ" - "Neftçi" - 4:1, AZAL - "Qarabağ" - 0:1.

Xəbər 910 dəfə oxundu.