Cüdo üzrə Şimal-şərq bölgəsi yarışına start verildi
Qusarda “Şimal-şərq bölgəsi” yarışına start verilib. Şimal-şərq bölgәsi üzrә 2003-2005-ci il tәvәllüdlü yeniyetmәlәr arasında region birinciliyində oğlanlar 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66 kq, qızlar isə 32 kq və 34 kq çəki dərəcələrində mübarizə aparırlar.

Qusar Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Şabran və Sizəyəzəndən 105 cüdoçu (101 oğlan, 4 qız) qüvvəsini sınayır.

Qeyd edək ki, “Şimal-şərq bölgəsi” yarışına sabah yekun vurulacaq.

Xəbər 847 dəfə oxundu.