Şəmkirdə taekvondo üzrə rayon birinciliyi keçirilib
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Şəmkirdə keçirilən silsilə tədbirlər çərçivəsində taekvondo üzrə açıq rayon birinciliyi təşkil olunub.

Qarşılaşmalar Şəmkir Olimpiya İdman Kompleksində keçirilib. Yarışda Şəmkir rayon gənclər və idman idarəsinin nəzdində fəaliyyət göstərən uşaq-gənclər idman məktəbinin taekvondo bölməsinin üzvləri, eləcə də Gəncə şəhərini, Tovuz və Göygöl rayonlarını təmsil edən komandalar mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında Tovuz rayonunun təmsilçiləri birinci yeri tutublar. İkinci yerə Gəncə, üçüncü yerə isə Şəmkir idmançıları sahib olublar.

Qaliblər Şəmkir rayon gənclər və idman idarəsi tərəfindən diplom, medal və kuboklarla təltif ediliblər.

Xəbər 775 dəfə oxundu.