Sambo üzrə açıq Bakı birinciliyi başa çatıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan gənclər arasında sambo üzrə açıq Bakı birinciliyi başa çatıb.

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yarışda 110 samboçu baş mükafat uğrunda mübarizə aparıb.

Klubun idmançıları yarışda ümumilikdə 17 medal qazanıblar. Onlardan 5-i qızıl, 5-i gümüş, 7-si isə bürüncdür. Qızıl medallara Sabir Ağayev (48 kq), Rəşad Dünyamalıyev (57 kq), Elton Quliyev (68 kq), Elvin Cəlilov (74 kq) və Zöhrab Qurbanov (82 kq) sahib olublar.

Xəbər 1242 dəfə oxundu.