Qadın boksçularımız Bolqarıstandan 2 mükafatla döndülər

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə yekun vurulub. İdman.com az saytının məlumatına görə, qadınladan ibarət milli komandamızın üzvləri yarışda 2 bürünc medal qazanıblar. 51 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova Çex boksçusu Yana Yuranovanı 15:4 hesabı ilə məğlub edib. Ancaq həmyerlimiz yarımfinalda italiyalı Valeria Kalabrezeniyə 6:9 hesabıyla uduzaraq, 3-cü yerlə kifayətlənib.

75 kq çəki dərəcəsində yarışan Yelena Vıstropova da “Strandja” turnirində 3-cü yerə sahib olub. Boksçumuz əvvəlcə almaniyalı Anna Strohmayerə 18:7 qalib gəlsə də, yarımfinalda çinli Li Jinziyə 9:13 hesabı ilə uduzub. Ayzanat Hacıyeva (60 kq) isə ilk döyüşdə ukraynalı Aleksandra Sidorenkoya 5:9 hesabıyla məğlub olaraq, mübarizəni dayandırıb. Təssüff ki, oğlanların turnirində mübarizə aparan 5 boksçumuz – Tural Əhmədov (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Emil Məhərrəmov (69 kq) və Zamiq Atakişiyev (91+kq) ilk döyüşdə uduzaraq, yarışdan kənarda qalıblar.

Xəbər 1120 dəfə oxundu.