FIFA “Elazığspor” klubunun 12 xalını silib
FIFA Türkiyənin “Elazığspor” futbol klubunu cəzalandırıb.

Birinci liqa təmsilçisinin 12 xalı silinib. Buna səbəb “Elazığspor”un Fabio Bilikaya və Fransanın “Soşo” klubuna olan borclarını ödəməməsidir.

Qeyd edək ki, bu cəzadan sonra xalı - 2 olan Elazığ təmsilçisi turnir cədvəlinin sonuncu pilləsinə enib.

Xəbər 679 dəfə oxundu.