Azərbaycanın U-17 komandası Avstriya yığması ilə qarşılaşıb
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib.

Avstriya komandası ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub.

Futbolçularımız turnirdə növbəti oyununu oktyabrın 30-da Rumıniya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xəbər 821 dəfə oxundu.