“I divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib müəyyənləşib
Peşəkar Futbol Liqasının layihəsi olan “I divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib müəyyənləşib.

Jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Şəmkir”in futbolçusu Qeyrət Qənbərovun “Zaqatala”nın qapısından keçirdiyi top sentyabr ayının ən yaxşı qolu seçilib.

Qalibə pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni oktyabrın 28-də keçirilən “Şəmkir” – MOİK oyunundan əvvəl Peşəkar Futbol Liqasının Texniki idman departamentinin rəisi Zamiq Hüseynov təqdim edib.

Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb.

Xəbər 721 dəfə oxundu.