“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Ağdam rayonunda
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam OFFS-in yeni mövsümünün açılış mərasimi keçirilib.

2003-cü ildən başlayaraq Azərbaycanda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbirlər təşkil olunur. Layihənin həyata keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Xəbər 811 dəfə oxundu.