Ufuk Budak kubok matçında oynamadı
Futbol üzrə Türkiyə Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib. Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti sınağına çıxıb.

Kayseri klubu doğma meydanda "Bucaspor"la qarşılaşıb. Oyun futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, "Kayserispor" Türkiyə Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbər 813 dəfə oxundu.