“Beşikdaş”ın rəhbəri Türkiyə Futbol Federasiyasının prezidenti seçildi

Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidentinin adı məlum olub. İdman.com.az saytının məlumatına görə, Ankarada “Marriott” otelində keçirilən fövqəladə qurultayda Yıldırım Dəmirörən qurumun 41-ci prezidenti seçilib. Yeganə namizəd olan “Beşikdaş” klubunun sabiq rəhbəri 229 səsdən 221-ni qazanıb. Qurultayda UEFA-nın vitse-prezidenti Şenes Ərzik də iştirak edib.
Qeyd edək ki, TFF-nin son prezidenti Mehmet Ali Aydınlar 216 gün vəzifədə olub. O, ötən ilin iyunun 29-da bu vəzifəyə seçilib və bu il yanvarın 31-də istefa verib.

Xəbər 1049 dəfə oxundu.