“Agenda-2020” tövsiyələr kitabına dair mətbuat konfransı keçirilib
Oktyabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının yekunlarına və “Agenda-2020” tövsiyələr kitabına dair mətbuat konfransı keçirilib.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun nəşriyyat informasiya idarəsinin rəisi Cəmaləddin Rəhimov və marketinq departamentinin direktoru Mehman Kərimov iştirak ediblər.

Əvvəlcə “Rio-2016” təbliğat və təşviqat kampaniyası çərçivəsində hazırlanmış videoçarx nümayiş etdirilib.

C.Rəhmanov və M.Kərimov “Olimpiya gündəliyi-2020”, həmçinin “20+20” tövsiyələr toplusunda Olimpiya hərəkatında gender bərabərliyi, Olimpiya təhsili, dayanıqlı inkişaf və marketinqə dair təqdimatla çıxış ediblər.

Ç.Hüseynzadə “Agenda-2020” və AOK-un Baş Assambleyası haqqında son məlumatları mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbər 1135 dəfə oxundu.